İran İraq tankerlərinə Hörmüz boğazından keçməyə icazə verdi
İran bir neçə İraq neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib.
Crossmedia.az xəbər verir ki, İranın dövlət xəbər agentliyi “IRNA” bu barədə məlumat yayıb. Məlumata görə, icazə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın İraqa səfəri zamanı verilib. İraq parlamentinin spikeri Heybət əl-Halbusi İraqın iqtisadi maraqlarının qorunması məqsədilə tankerlərin boğazdan keçməsinə icazə verilməsini Qalibafdan xahiş edib. “IRNA” neçə İraq tankerinin keçidinə icazə veriləcəyini, qərarın nə vaxt qüvvəyə minəcəyini və hansı müddətə tətbiq olunacağını açıqlamayıb.
Xatırladaq ki, İran ABŞ ilə davam edən münaqişə fonunda Hörmüz boğazından gəmiçiliyi məhdudlaşdırıb. Strateji əhəmiyyətli bu su yolundan adətən dünya üzrə dəniz yolu ilə həyata keçirilən neft ticarətinin təxminən beşdə biri keçir.
14:50 22.08.2026
Oxunuş sayı: 70