Robert Koçaryan təkadamlıq kamerada saxlanılır
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan İrəvan-Kentron cəzaçəkmə müəssisəsində tək kamerada saxlanılır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu onun oğlu, parlament deputatı Levon Koçaryan açıqlayıb.
Onun sözlərinə görə, avqustun 31-də atasının doğum günü münasibətilə Robert Koçaryanın yanına gedə bilib. Təxminən 20 gün əvvəl Robert Koçaryan ürəyindən əməliyyat olunub və əməliyyatdan sonra bir ay ərzində tibbi nəzarətdə olmalı idi.
Robert Koçaryanı yalnız yaxın qohumları ziyarət edə bilər. Hazırda həbsdə olan Sedrak Koçaryana isə yalnız həyat yoldaşı və uşaqları baş çəkə bilər.
21:10 03.09.2026
Oxunuş sayı: 36