Rusiyanın neft gəlirləri ən aşağı səviyyə enib
Rusiyanın neftdən əldə etdiyi büdcə gəlirləri avqust ayında son altı ayın ən aşağı səviyyəsinə enib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, avqustda Rusiyanın büdcəsinə daxil olan xalis neft gəlirləri 326 milyard rubl təşkil edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 22 faiz, iyul ayı ilə müqayisədə isə 60 faizdən çox azdır.
Büdcəyə əlavə yük neft emalı zavodlarına daxili yanacaq tədarükünü dəstəkləmək üçün ödənilən subsidiyalarla bağlı olub. Avqustda zavodlara 197 milyard rubldan çox vəsait ödənilib. İlin əvvəlindən bu göstərici təxminən 916 milyard rubla çatıb.
Nəticədə Rusiyanın avqust ayında ümumi neft-qaz gəlirləri illik ifadədə 16 faiz azalaraq 424 milyard rubl olub.
Neftin emalı ilə bağlı problemlər fonunda Rusiyada yanacaq istehsalının da azaldığı bildirilir.
21:30 03.09.2026
Oxunuş sayı: 39