“Qarabağ”ın futbolçusu Kadiyə ağır cəza verilib
“Qarabağ”ın futbolçusu Kadi Borges üç matça diskvalifikasiya edilib.
Crossmedia.az xəbər verir ki, cəzaların bir oyunu şərti xarakter daşıyır.
Qərar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İntizam Komitəsinin iclasında qəbul edilib.
Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda “Sumqayıt” – “Qarabağ” matçının 31-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb.
Bundan əlavə, Ağdam təmsilçisi 3 min manat məbləğində cərimələnib. Kadi Borgesə 6 aylıq sınaq müddəti də təyin olunub.
21:37 03.09.2026
Oxunuş sayı: 46