İran ABŞ-ni sərt şəkildə xəbərdar edib
İran İsrailin Livanın cənubundakı Əli əl-Tahir silsiləsinə genişmiqyaslı hücumu halında Tehranın genişmiqyaslı hücum həyata keçirəcəyini ABŞ-yə çatdırıb.
Crossmedia.az xəbər verir ki, ˝Reuters˝-ün məlumatına görə, Tehran bu xəbərdarlığı avqustun ortalarında Oman vasitəsilə Vaşinqtona çatdırıb.
Agentliyə danışan iki regional rəsmiyə görə, silsilə ərazisində “Hizbullah” döyüşçüləri ilə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun 10-dan çox hərbçisi, o cümlədən ən azı iki yüksək rütbəli zabit gizlənir.
Xarici rəsmilərdən birinin sözlərinə görə, xəbərdarlıqdan sonra ABŞ İsrailə təzyiq göstərib və nəticədə silsiləyə qarşı əməliyyat təxirə salınıb.
19:20 03.09.2026
Oxunuş sayı: 35