Qırğızıstanda naməlum şəxsin hədəsi böyük əməliyyata səbəb oldu
Qırğızıstanın paytaxtı Bişkekdə naməlum şəxsin bomba qoyulması barədə zəngindən sonra ticarət mərkəzlərindən biri təxliyə edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, naməlum şəxs ticarət mərkəzinin binasında partlayış törədəcəyi ilə hədələyərək 15 dəqiqə ərzində 500 min som (təxminən 5,7 min dollar) pul köçürülməsini tələb edib.
Hadisə yerinə polis əməkdaşları və xidməti itlərlə kinoloqlar cəlb olunub. Ərazi mühasirəyə alınıb, binada axtarış və yoxlama tədbirləri aparılır. Zəngi edən şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün araşdırma başlanıb.
19:03 22.08.2026
Oxunuş sayı: 63