Vaşinqton Rusiya dizel yanacağına qoyulan məhdudiyyətləri müvəqqəti aradan qaldırıb
ABŞ Rusiya mənşəli dizel yanacağının satışına və idxalına tətbiq olunan sanksiyaları altı ay müddətinə dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) müvafiq lisenziyasında qeyd olunub.
Sənədə əsasən, 2027-ci il aprelin 7-si saat 00:01-dək Rusiya mənşəli dizel yanacağının satışı, çatdırılması, boşaldılması və idxalı ilə bağlı əməliyyatlara icazə verilir. Bu icazə ABŞ-a dizel yanacağının idxalını da əhatə edir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə genişmiqyaslı dizel yanacağı tədarükü barədə razılıq əldə etdiyini açıqlamışdı. Trampın sözlərinə görə, Rusiya dərhal ABŞ və dünya bazarına 300 min tondan çox dizel yanacağı göndərəcək.
23:31 09.10.2026
Oxunuş sayı: 57