Səudiyyə Ərəbistanı Avropaya neft tədarükünü bərpa edir
“Saudi Aramco” noyabr ayında Avropadakı neft emalı müəssisələrinin xam neft tələbatını tam həcmdə ödəyəcək.
Crossmedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Avropadakı neft emalı şirkətlərinə noyabr ayı üçün sifarişlərin tam həcmdə qarşılanacağını bildirib.
Bu qərar sentyabrda pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan və sonradan fəaliyyəti bərpa edilən “Şərq–Qərb” əsas neft kəmərinin yenidən işə düşməsindən sonra verilib.
Məlumata görə, azı üç Avropa neft emalı müəssisəsi ayrılmış kvotalara uyğun olaraq xam nefti tam həcmdə alacaqlarına dair təsdiq əldə edib.
20:37 09.10.2026
Oxunuş sayı: 53