İranda spirtli içkidən zəhərlənən 120 nəfərdən 4-ü ölüb
İranın Nişabur şəhərində spirtli içki qəbul edən 120 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində dörd nəfər həyatını itirib, daha bir nəfərin isə beyin ölümü keçirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, zəhərlənənlərdən 14-ü reanimasiya şöbəsinə yerləşdirilib, 40 nəfər isə böyrək funksiyalarının pozulması səbəbindən dializ aparatına qoşulub.
Hadisənin hansı növ spirtli içkidən qaynaqlandığı və zəhərlənməyə səbəb olan maddənin tərkibi barədə əlavə məlumat verilməyib.
21:24 23.11.2026
Oxunuş sayı: 37