Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Azərbaycana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, səfər zamanı nazirin bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Maka Boçorişvili 2025-ci il yanvarın 16-17-də Gürcüstanın xarici işlər naziri kimi Azərbaycana ilk rəsmi səfərini edib. Səfər çərçivəsində o, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib, həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə iştirak edib.
Boçorişvili həmçinin Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 10-cu iclasına qatılıb. Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və yaşıl enerji sahəsində əməkdaşlığın perspektivlərini də nəzərdən keçiriblər.(Report)
17:41 23.11.2026
Oxunuş sayı: 45