Nazir: Azərbaycan və İtaliya biznes nümayəndələrinin daha sıx əlaqələrinin olmasını düşünürük
Azərbaycan və İtaliya biznes nümayəndələrinin daha sıx əlaqələrinin olması düşünülür.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir bu konteskdə İtaliya-Azərbaycan biznes forumunu nümunə göstərib:
"İki ölkə olaraq biznes üçün yaxşı mühit yaratmaq niyyətindəyik. Bu istiqamətdə işlər davam etdirilir. Bayaq da qeyd etdiyimiz kimi, üzərində işlədiyimiz sənədlər var".
C.Bayramiov deyib ki, İtaliya şirkətləri böyük mühəndis layihələri ilə bağlı qabaqcıl və peşəkardırlar.
"Azərbnaycanda məhz bu yöndə İtaliya şirklətləri və nümayəndələri fəallıq göstərirlər".
Nazir deyib ki, kritik minerallar barədə əməkdaşlıq məsələsi də bugünkü görüşün müzakirə mövzusu olub.
"Kənd təsərrüfatı, turizm, əczaçılıq və bir sıra digər sahələrdə iki ölkə arasında əməkdaşlıq potensialı mövcuddur. Düşünürük ki, bu layihələrin də icrasına başlanılacaq".(Report)
14:34 23.11.2026
Oxunuş sayı: 45