Azərbaycan və İtaliya Afrikada birgə layihələr həyata keçirməyə hazırlaşır
İtaliya və Azərbaycan Afrikada və dünyanın digər regionlarında kritik vacib xammal sahəsində birgə müəssisələr yaratmaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
XİN başçısı Romada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünü və iki ölkə arasında kritik vacib xammal materialları sahəsində ilk memorandumun imzalanmasını xatırladıb.(Report)
12:17 23.11.2026
Oxunuş sayı: 50