İtaliyanın Azərbaycana ixracı 500 milyon avronu keçəcək
İtaliya şirkətlərinin Azərbaycana ixracının 2027-ci ildə təxminən 510 milyon avroya çatacağı proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bunu İtaliya Ticarət Palataları İttifaqının (Unioncamere) beynəlmiləlləşmə üzrə rəhbəri Pietro İnfante Azərbaycan–İtaliya Biznes Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun makroiqtisadi ssenarisi əsasında hazırlanan proqnozlara əsasən, İtaliyanın Azərbaycana ixracı 2026-cı ildə 490 milyon avro təşkil edəcək. Növbəti ildə isə bu göstəricinin 500 milyon avronu ötərək təxminən 510 milyon avroya çatacağı gözlənilir.
P.İnfante qeyd edib ki, İtaliya şirkətlərinin regiona marağı da yüksəkdir. Belə ki, Unioncamere-nin “sostieniexport.it” platformasında qeydiyyatdan keçmiş 12 800 şirkətdən 830-u artıq Avrasiya və Mərkəzi Asiya bazarlarında fəaliyyət göstərir, 2 300-dən çox şirkət isə bu regiona maraq göstərdiyini bildirib.(APA)
11:36 23.11.2026
Oxunuş sayı: 40