İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək.
Bu barədə Crossmedia.az-a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, forumda "Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər" mövzusunda fikir mübadiləsi aparılacaq.
Tədbir zamanı Azərbaycan Milli Məclisi ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027-2028-ci illər üçün praktiki tədbirlər planının ("Yol xəritəsi") imzalanması nəzərdə tutulur.
Forum çərçivəsində Azərbaycan Milli Məclisinin və Özbəkistan Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclası da keçiriləcək.
11:27 23.11.2026
Oxunuş sayı: 65