Bakıda 30 yaşlı kişi 3-cü mərtəbədən yıxılaraq ölüb
Bakıda 30 yaşlı kişi 3-cü mərtəbədən yıxılaraq ölüb.
Crossmedia.az xəbər verir ki, noyabrın 21-i saat 11 radələrində Səbail rayonu ərazisində aparılan söküntü işləri ilə əlaqədar tullantıları daşımaq üçün gəlmiş yük avtomobilinin sürücüsü Xocalı rayon sakini 1996-cı il təvəllüdlü Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yerə yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.(Report)
10:45 23.11.2026
Oxunuş sayı: 40