Manata təzyiq var: Əhalinin gəlirləri azala bilər, ixtisarlar gözlənilir
Dünya bazarında neft qiymətlərinin dəyişməsi qlobal iqtisadi proseslərə, geosiyasi gərginliklərə, hasilat və tələbat arasındakı tarazlığa birbaşa bağlıdır. Enerji daşıyıcılarının qiymətində baş verən hər bir dəyişiklik neft ixrac edən ölkələrin iqtisadi göstəricilərinə, dövlət gəlirlərinə və büdcə planlaşdırılmasına da təsirsiz ötüşmür. Son olaraq Azərbaycan neftinin – “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,48 dollar və ya 1,5 faiz azalaraq 96,93 dollara düşüb. Halbuki 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Bəs dünya bazarında neft qiymətlərinin dəyişməsinə hansı əsas amillər təsir göstərir? Azərbaycan neftinin qiymətinin 97 dollardan aşağı düşməsi ölkənin iqtisadi göstəricilərinə və neft bazarına necə təsir edə bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisad üzrə fəlsəfə doktoru Taleh Əkbərov qeyd edib ki, son günlər dünya bazarlarında neftin və o cümlədən Azərbaycan neftinin qiymmətinin düşməsi müşahidə olunmaqdadır: “Beynəlxalq Enerji Agentliyi (IEA) noyabr hesabatını açıqlayıb. Hesabata görə, dünya neft bazarı 2026-cı ilin 4-cü rübündə artıq artıqlığa qayıdıb və 2027-ci ildə bu artıqlıq daha da böyüyəcək. Bu hesabatdan sonra Azərbaycan neftinin qiymət 97 dollardan aşağı düşüb. Neft qiymətlərinin dəyişməısi əsasən hansı amillərdən aslıdır? Təbbi ki, əsaən klassik Tələb və təklif amilləridir. Lakin bu bazara digər amillər də az təsir göstərir, məsələn OPEC+ qərarları, Geosiyasi vəziyyət, müharibələr, dolların məzənnəsi, birjaların vəziyyəri və s. Hazırda əsaə səbəb qeyd etdiyimiz kimi, 2027-ci il üçün olan proqnozlardır. Belə ki, Oktyabr ayında dünya hasilatı 105,4 milyon barel / gün olduğu halda, 2026-cı ilin ortalama hasilat proqnozu 101.57 milyon barel/gündür(3.83 milyon və ya 3.77% artıq).2027-ci il üçün proqnoz isə 108,1 milyon barel / gün-ə çatacaq. Bu isə 2026-cı ilin ortalama proqnozundan 6.53 milyon barrel/gün və yaxud 6.43 % artıqdır. Bu da indidən birja treyderlərini neftin qiymətini aşağı salmağa sövq edir. Çünki istehsalın çox olması neftin anbarlarda yığılması deməkdir. 2026 cı il üçün proqnoz hasilat üçün 101.6 milyon barel/gün, tələb 102.3 milyon barel/gün idi. Yəni 0.7 milyon barel/gün çatıçmamazlıq hesablanılmışdı. 2027 ci il hesabatında isə bildirdiyimiz kimi 108.1 milyon barel/gün hasilat və 104.3 milyon barel/gün tələb proqnozlaşdırılır ki, bu da 3.8 milyon barel/gün artıqlıq deməkdir. Yəni istehsalın 3.52 %-i satılmaya bilər. Hərçənd neftə olan tələbat də 2026-cı ilə nəzərən artıb.

İqtisadçı qeyd edib ki, 11 boyabr 2026-cı ildə OPEC-in son hesabatında isə 2027-ci il üçün tələb proqnozu 108.3 milyon barel/gün açıqlanıb ki, bu da 2027-ci il dünya neft bazarında tələb və təklifin demək olar ki tarazılıqda olacağını göstərir: “Bu fərqin səbəbi odur ki, İEA Çində tələbin zəyifləyəcəyini, OPEC isə Asiyada tələbin güclü qalacağını fərz edir. Görünən odur ki, 2026-cı ildə müharibə və Hörmüz boğazı ilə bağlı hasilat azalsa da 2027-ci ildə hasilatın sürətlə bərpa olunacağı gözlənilir. 2027-ci il üçün neftin dünya qiymətlərini proqnozlarına nəzər salsaq ən bədbin proqnozu Citi Bank verib-65 dollar. Goldman Sachs 88 dollar, ABŞ Enerji Agentliyi 85.78 dollar və İMF 87.39 dollar olacağını proqnozlaşdırır. ABŞ-nin Enerji İnformasiyaları Agentliyinin (U.S. Energy Information Administration-EIA) proqnozlarına görə ilin sonuna qədər qiymət 100 dollar ətrafında qalacaq və 2027-ci ilin orta qiyməti 85.78 dollar olmaqla ilin sonuna 77 dollara enəcək. Buna səbəb qlobal neft hasilatının artması və Yaxın Şərqdə hasilatın bərpa olmasıdır. Neftin qiymətinin belə dəyişməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Bildiyimiz kimi 2027-ci il büdcəsində də neftin bir bareli dəyişməyərək 65 dollardan nəzərə alınıb. Yəni Büdcə ən pis ssenariyə hazırdır. Maliyyə Naziri cənab Sahil Babayevin bunu belə izah etmişdir: “Böyük ehtimalla neftin qiyməti daha yüksək olacaq. Amma fiskal intizam üçün biz konservativ yanaşma ilə 65 dollar proqnozunu rəhbər tutmuşuq”. Bəs neftin qiymətini ucuzlaşması Azərbaycan iqtisadiyyatına və sadə vətəndaşlara necə təsir edə bilər? Bildiyimiz kimi, 2027-ci ilin büdcəsinin gəlirlərinin təqribən 39.5 faizi neft və qaın satışından əldə edən gəlirlərdən formalaşacaq. Bu rəqəm 15.5 milyard manatdır. Qiymətin 1 dollar azalması ən azı 150 milyon manat gələr azalması deməkdir. Əsas məsələlərdən biri də manatın məzənnəsi ilə bağlıdır. Manatın məzənnəsi əsasən neft gəlirlərindən aslıdır. Neft bahalaşdıqca ölkəyə daha çox dollar gəlir və manatın mövqeyi güclənir. Neft ucuzlaşanda isə dollar gəlirləri azaldığından Mərkəzi bank manatın kursunu sabit saxlamaq üçün dollar rezervindən dollar satmalı olur. Bu isə sonsuza qədər davam edə bilməz. Neftin ucuzlaşması eyni zamanda Neft fondunun da gəlirlərinin azalmasına və hətta rezervlərinin “əriməsinə” də səbəb ola biər. Hökumətin planı bundan ibarətdir ki, 2030-cu ilə qədər Neft Fondundan bücəyə transferi 7 milyard dollardan 5.5 milyard dollara düşürsün. Amma ucuzlaşma davam etsə və qiymət 65 dollardan aşağı düşsə bu planın icrası çətinləşər. Adi insanların həyat səviyyəsinə isə dolayı təsiri olacaqdır. Belə ki, Neft sektorunun nəhəngləri, o cümlədən SOCAR, BP, TOTAL və s) yeni layihələri və kapital qoyuluşlarını dayandıra bilər ki, bu da işçilərin ixtisarına və neft sektorundan aslı olan Qeyri-Neft sektorundakı iqtisadi aktivliyin aşağı düşməsinə, əhalinin gəlirlərinin azalmasına səbəb ola bilər. Beləliklə, 2027-ci ildə neftin ucuzlaşması Azarbaycanda böhran yaratmayacaq, çünki büdcədə neftin qiyməti 65 dollar nəzərə alınaraq hazırlanıb. Amma qiymət uzun müddət 65 dollar və aşağı olaraq qalarsa, manatın və Neft Fondunun üzərində təzyiqin artması qaçılmaz olacaq”.
Ayhan
13:00 23.11.2026
Oxunuş sayı: 49