Bakının iki rayonunda su kəsiləcək
Noyabrın 25-də magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı gün ərzində Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-dən bildirilib.
Məlumata əsasən, suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-da səhər saatlarında bərpa olunacaq.
14:06 23.11.2026
Oxunuş sayı: 69