24 noyabr bürcləri nələr gözləyir? — Astroloq
Gündəlik həyatın qayğıları, iş və şəxsi münasibətlər, maliyyə məsələləri, eləcə də gələcəklə bağlı planlar insanların daim diqqətində olan mövzulardır. Bəzən qarşılaşacağımız hadisələr, verəcəyimiz qərarlar və gün ərzində bizi nələrin gözlədiyi ilə bağlı maraq daha da artır. Məhz bu səbəbdən astrologiya və bürclərlə bağlı proqnozlar cəmiyyətin müəyyən bir hissəsinin diqqətini cəlb edir. İnsanlar ulduzların hərəkəti və planetlərin mövqeyi əsasında hazırlanan gündəlik astroloji şərhlər vasitəsilə sevgi, ailə, karyera, maliyyə və sağlamlıqla bağlı gözləntiləri ilə tanış olmağa çalışırlar.
Hər günün özünəməxsus astroloji mənzərəsi olduğu iddia edilir. Bəzi bürclər üçün yeni imkanlar, uğurlu görüşlər və iş həyatında irəliləyiş ehtimalı ön plana çəkildiyi halda, digərləri üçün münasibətlərdə diqqətli olmaq, tələsik qərarlardan çəkinmək və maliyyə məsələlərində ehtiyatlı davranmaq tövsiyə olunur. Bu proqnozlar həmçinin insanların öz emosional vəziyyətlərinə, ətrafdakılarla münasibətlərinə və qarşılarına qoyduqları hədəflərə fərqli prizmadan baxmasına səbəb olur.
Bəs sabah bürcləri hansı yeniliklər gözləyir?
Astroloq Nərmin Zeynalova Crossmedia.az-a açıqlamasında bildirib ki, bu həftə səmada çoxlu müsbət və pozitiv aspektlər var:

"Həm bu gün, həm də ümumilikdə həftə ərzində əlverişli astroloji təsirlər müşahidə olunur. Günəş artıq Oxatan bürcünə keçib. Yəni bu gündən etibarən doğulan uşaqlar Oxatan bürcündən olacaqlar. Günəş Neptunla gözəl triqon, yəni pozitiv aspektdədir. Bu səbəbdən insanlar həyata daha pozitiv və dinamik yanaşacaqlar, optimizm artacaq. Hazırda depressiyada olan insanlar da bu vəziyyətdən çıxmağa daha çox meyilli ola bilərlər. İnsanlar daha həyatsevər olacaqlar. Ümumiyyətlə, həyatsevərlik, enerji və entuziazm artacaq.
Xəyallar qurmaq, planlar hazırlamaq və gələcəklə bağlı məqsədlər müəyyənləşdirmək üçün çox əlverişli zamandır. Həmçinin böyük planlar qurmaq, xariclə bağlı məsələləri planlaşdırmaq üçün də yaxşı məqamdır.
Bundan başqa, Mars və Yupiter də hazırda Şir bürcündədir. Buna görə də enerjimiz yüksək olacaq, insanlarda liderlik xüsusiyyətləri artacaq. Bu, xüsusilə Şir bürcündən olan insanlara aiddir. Onlar daha da enerjili olacaq və qarşılarına daha böyük məqsədlər qoyacaqlar.
Od ünsürlü bürclər üçün bu həftə xüsusilə əlverişlidir. Bunlar Qoç, Şir və Oxatan bürcləridir. Həmin bürclər bu həftə ərzində uğur əldə edə bilərlər. Eyni zamanda, qurduqları planları gələcəkdə reallaşdırmaq şansları da daha çox olacaq”.
Məhəbbət Tərlanoğlu
18:43 23.11.2026
Oxunuş sayı: 60