Almaniya kansleri sülh danışıqlarının bərpasını gözləyir
Almaniya kansleri Fridrix Merts Ukrayna müharibəsinin nizamlanması ilə bağlı danışıqların yenidən başlamasının vacibliyini vurğulayıb. O, Avropanın Rusiya ilə danışıqlar aparmağa hazır olduğunu və yaxın vaxtlarda tərəflərin məsləhətçilər səviyyəsində görüşünün keçirilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Merts yaxın zamanda Ukrayna, Rusiya, Avropa və ABŞ-nin iştirakı ilə sülh danışıqlarının bərpasının gözlənildiyini deyib.
Kanslerin sözlərinə görə, görüşlərin yenidən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi mümkündür.
“Əlbəttə, Avropa Rusiya ilə danışıqlar aparmağa hazırdır. Yaxın vaxtlarda Ukrayna, Rusiya, Avropa və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə məsləhətçilər səviyyəsində sülh danışıqları yenidən keçirilməlidir. Məsələn, bu görüşlər yenidən Əbu-Dabidə baş tuta bilər. Ümid edirik ki, Rusiya tərəfi də ABŞ ilə razılaşdırılmış bu danışıqlarda iştirak etməyə hazır olacaq”, – deyə Merts bildirib.
20:15 23.11.2026
Oxunuş sayı: 39