Tramp NVIDIA rəhbəri ilə bağlı danışıqların təfərrüatlarını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp NVIDIA şirkətinin rəhbəri Censen Huangla bağlı vəziyyətə ciddi yanaşdığını bildirib. O, şirkətin direktorlar şurası ilə həm birbaşa, həm də vasitəçilər üzərindən danışıqlar apardığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
ABŞ prezidenti NVIDIA-nın direktorlar şurasının məsuliyyətli mövqe nümayiş etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, başqa bir idarə heyəti ilə mümkün qarşıdurma fəlakətli nəticələrə səbəb ola bilərdi.
Tramp bildirib ki, NVIDIA rəhbərliyi milli təhlükəsizliklə bağlı risklərə dair təminat istəyib və ABŞ tərəfi bu təminatları verib.
O, həmçinin Çin sədri Si Cinpinlə Censen Huang haqqında ətraflı danışdığını qeyd edib. Trampın sözlərinə görə, Si Cinpin NVIDIA rəhbərini yaxından tanımır.
ABŞ prezidenti Huangın intellektual potensialını xüsusi vurğulayaraq, belə bir şəxsin itirilməsinin ölkə üçün daha böyük təhlükə yaradacağını bildirib.
Tramp çıxışında Si Cinpinin ABŞ-yə münasibətinin dəyişdiyini də iddia edib. O, iki il əvvəl Çin liderinin ölkəsinə indiki qədər hörmət göstərmədiyini, son görüşdə isə onu təyyarənin trapında qarşıladığını xatırladıb.
20:37 23.11.2026
Oxunuş sayı: 47