Fin körfəzində dron hücumuna məruz qalan gəminin heyəti Rusiyaya qayıdıb
Fin körfəzinin beynəlxalq sularında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan yük gəmisinin heyəti Rusiyaya qayıdıb. Hadisə zamanı ekipaj üzvlərindən heç biri xəsarət almayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Onun sözlərinə görə, gəminin heyəti Sankt-Peterburqun “Böyük liman”ında sahilə çıxıb. Hücuma məruz qalan yük gəmisi də yükü ilə birlikdə limana çatdırılıb.
Qubernator bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və dənizçilərə yardım göstərən bütün şəxslərə təşəkkür edib.
Qeyd edək ki, noyabrın 21-də Fin körfəzinin neytral sularında, Rusiya sərhədindən təxminən 5,5 kilometr məsafədə iki pilotsuz uçuş aparatı Kalininqrada doğru hərəkət edən yük gəmisinə hücum edib. Hadisədən sonra Finlandiya sərhəd xidməti də gəmiyə yardım göstərmək üçün əraziyə əməkdaşlar göndərib.
22:02 23.11.2026
Oxunuş sayı: 49