Şəkildə avtoqəza olub, sürücü ölüb
Şəkidə avtomobil ağaca çırpılıb, sürücü həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə Şəki- Qax yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
20:42 09.10.2026
Oxunuş sayı: 51