Belarus Ukraynanı yeni hücumların nəticələri barədə xəbərdar etdi
Belarus Ukraynanın Bryansk vilayətinə hücumundan sonra cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi bu barədə rəsmi saytında məlumat yayıb.
Nazirlik bildirib ki, hücum nəticəsində Belarus vətəndaşı xəsarət alıb. Rəsmi Minsk Ukrayna tərəfinə belə hadisələrin təkrarlanmaması ilə bağlı xəbərdarlıq edib və nəticələrə görə məsuliyyətin tamamilə Ukrayna hakimiyyətinin üzərinə düşdüyünü vurğulayıb.
Belarus Xarici İşlər Nazirliyi mümkün cavab tədbirlərinin görülməsi hüququnun saxlanıldığını qeyd edib. Həmçinin gərginliyin artmasına səbəb olan təxribatların dayandırılmasına çağırış edib.
Qeyd edək ki, bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi Ukraynanın Minskdəki müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib. Buna səbəb Ukraynaya məxsus pilotsuz uçuş aparatının Belarusun yük avtomobilinə növbəti hücumu olub. Notada rəsmi Minskin daha əvvəl də Ukraynanı bu cür hərəkətlərin yolverilməzliyi barədə xəbərdar etdiyi bildirilib.
22:22 09.10.2026
Oxunuş sayı: 63