Rusiya ordusu Ukraynanın Çernomorsk limanına zərbə endirdiyini açıqlayıb
Rusiya ordusu Ukraynanın Çernomorsk şəhərindəki limana zərbə endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Nazirliyin açıqlamasına görə, Rusiya Silahlı Qüvvələri günorta saatlarında Ukraynanın liman infrastrukturuna və dəniz gəmilərinə pilotsuz uçuş aparatları ilə hücumları davam etdirib.
Bildirilib ki, Çernomorsk limanına endirilən zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələri üçün yük daşıyan quru yük gəmisi vurulub. Bundan əlavə, Odessa limanına çatdırılması nəzərdə tutulan hərbi yükləri daşıyan başqa bir gəminin də hücuma məruz qaldığı qeyd olunub.
Qeyd edək ki, daha əvvəl Rusiya tərəfi Ukraynanın bir həftə ərzində Rusiya istiqamətində 7 389 pilotsuz uçuş aparatı və 17 uzaqmənzilli “Flamingo” qanadlı raketi buraxdığını iddia edib. Həmin hücumlarda HIMARS reaktiv yaylım atəşi sisteminin doqquz mərmisindən və 31 idarəolunan aviasiya bombasından da istifadə edildiyi bildirilib.
20:12 09.10.2026
Oxunuş sayı: 55