Rusiyanın Belqorod vilayətində dron hücumu iki nəfərin həyatına son qoyub
Rusiyanın Belqorod vilayətində avtomobilə pilotsuz uçuş aparatı ilə hücum nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Belqorod vilayətinin əməliyyat qərargahı bu barədə “MAX” platformasında məlumat yayıb.
Məlumata görə, FPV tipli dron Belqorod rayonunun Yasnıye Zori kəndində avtomobili vurub. İki kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yaralanan digər iki kişi vilayət klinik xəstəxanasına çatdırılıb. Onlardan birinin baldır nahiyəsində qəlpə yarası, digərinin isə baş, üz və döş qəfəsində qəlpə yaraları və yanıqlar aşkarlanıb. Hücum nəticəsində avtomobil yanaraq məhv olub.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumları zamanı daha üç nəfərin yaralandığı bildirilmişdi. Zərbələr dayanacağa və çoxmənzilli yaşayış binasına endirilib. Valuyki şəhərində isə dronun partlaması nəticəsində bir qadında akubarotravma qeydə alınıb.
23:12 09.10.2026
Oxunuş sayı: 57