Yunanıstan və İspaniya Ukraynaya “Patriot” raketləri göndərməkdən imtina edir
NATO və Avropa İttifaqı Yunanıstan və İspaniyanı istismar müddəti başa çatmaq üzrə olan PAC-2 raketlərini Ukraynaya verməyə razı salmağa çalışır.
Crossmedia.az xəbər verir ki, “The Telegraph” nəşri bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, NATO və Avropa İttifaqının rəsmiləri hər iki ölkəni “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan PAC-2 raketlərinin Ukraynaya təhvil verilməsinə inandırmağa çalışırlar.
Lakin Yunanıstan və İspaniya həmin raketləri Kiyevə göndərməkdən imtina edir.
Qeyd edək ki, daha əvvəl Pentaqonun Ukrayna üçün “Patriot” raket komplekslərinə aid avadanlıqların tədarükü və texniki xidməti ilə bağlı müdafiə şirkəti “Raytheon” ilə müqavilə bağlamağı planlaşdırdığı bildirilmişdi.
21:42 09.10.2026
Oxunuş sayı: 59