Ukraynanın qərbində yerləşən şəhərdə güclü partlayışlar eşidilib
Ukraynanın İvano-Frankivsk şəhərində güclü partlayış səsləri eşidilib.
Crossmedia.az xəbər verir ki,partlayışlar barədə yerli hadisələri işıqlandıran “Suspilne” teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, partlayış səsləri Kiyev və Dnepropetrovsk şəhərlərində də eşidilib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Omsk vilayətinə hücum etmiş ola biləcəyi barədə məlumat yayılıb. Rusiya general-mayoru Sergey Lipovoy dronların digər ölkələrin ərazisindən və ya sərhəddən uzaqda yerləşən başqa bir bölgədən buraxılmış ola biləcəyini iddia edib.
22:40 09.10.2026
Oxunuş sayı: 59