Tramp: İranla müharibə bu və ya digər şəkildə tezliklə bitəcək
Tramp İranla müharibənin tezliklə başa çatacağını bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Ağ Evin rəsmi “YouTube” kanalında yayımlanan çıxışı zamanı danışıb.
Trampın sözlərinə görə, ABŞ İranın nüvə silahı yaratmasının qarşısını alıb və yaxın vaxtlarda yanacağın qiymətləri də aşağı düşməyə başlayacaq. O, müharibənin bu və ya digər şəkildə tezliklə başa çatacağını vurğulayıb.
ABŞ prezidenti iddia edib ki, hazırda İranın nə silahlı qüvvələri, nə hərbi dəniz və hava qüvvələri qalıb, ölkənin hava hücumundan müdafiə sistemlərinin də ehtiyatı tükənib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian ikitərəfli görüş zamanı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
21:05 09.10.2026
Oxunuş sayı: 59