BMT: Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylər davam etməlidir
BMT Ukrayna münaqişəsinin həllinə gətirib çıxara biləcək istənilən danışıqları dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilat Ukraynadakı münaqişənin başa çatmasına şərait yaradacaq diplomatik prosesin davam etdirilməsini alqışlayır.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ liderinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Ukrayna nümayəndə heyəti ilə ABŞ-də aparacaqları danışıqlardan sonra Moskvaya gəlməsini məmnuniyyətlə qarşılayacaqlarını bildirib.
Rusiya Prezidenti Vladimir Putin isə iyunun 23-də Ukrayna ilə danışıqların əsasını cəbhədəki reallıqların, eləcə də İstanbul və Ankoricdə əldə olunmuş razılaşmaların təşkil etdiyini bəyan edib.
21:13 09.10.2026
Oxunuş sayı: 59