Tayland kraliçası döyüş təyyarəsini təkbaşına idarə etdi
Tayland kraliçası Suthida ölkə tarixində ilkə imza ataraq “Gripen” tipli döyüş təyyarəsini təkbaşına idarə edib. Tarixi uçuşu kral Maha Vajiralonqkorn da izləyib.
Crossmedia.az xəbər verir ki, Tayland Kral Sarayının oktyabrın 9-da paylaşdığı görüntülərdə 48 yaşlı kraliçanın uçuşunun təfərrüatları əks olunub.
Suthida oktyabrın 8-də ölkənin cənubunda yerləşən Surat Thani əyalətindəki hərbi aviabazadan İsveç istehsalı olan, bir nəfərlik “JAS 39C Gripen” döyüş təyyarəsi ilə havaya qalxıb. Uçuşu kraliçanın həyat yoldaşı, pilotluğa böyük maraq göstərən kral Maha Vajiralonqkorn izləyib.
Mediada yayılan məlumatlara görə, kraliça təkbaşına uçuşdan əvvəl hərbi aviabazada həftələrlə simulyator təlimi keçib. O, həmçinin iki nəfərlik “Gripen” döyüş təyyarəsi ilə təxminən 10 saat uçuş həyata keçirib.
Hazırlıq mərhələsini başa vurduqdan sonra tək nəfərlik “JAS 39C Gripen” ilə havaya qalxan Suthida Taylandın ilk qadın “Gripen” pilotu olub.
22:28 09.10.2026
Oxunuş sayı: 64