Skott Ritterdən açıqlama - “Ukraynanı heç kim düşünmür”
Skott Ritter Ukraynanı Rusiya ilə münaqişənin ən pessimist ssenarisinə hazırlaşmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Ritter Ukraynanın məğlubiyyətlə üzləşəcəyini iddia edərək ölkənin bu reallığa hazırlaşmalı olduğunu bildirib. O, müharibənin “sonuncu ukraynalıya qədər” davam etdirildiyini vurğulayaraq Kiyevin gələcəkdə ağır nəticələrlə qarşılaşacağını irəli sürüb.
Qeyd edək ki, Ukraynanın iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri Aleksey Sobolev daha əvvəl ölkəni altı milyondan çox vətəndaşın tərk edərək xaricə getdiyini açıqlayıb. Onun sözlərinə görə, xaricə köçən ukraynalıların geri qayıtmasını təmin etmək hökumətin əsas məqsədlərindən biridir. Nazir bildirib ki, hakimiyyət vətəndaşların ölkəyə qayıtması üçün hansı şərtlərə ehtiyac duyduğunu bilir.
22:03 09.10.2026
Oxunuş sayı: 61