Yaponiya yaxınlığında 4 Rusiya raket kateri aşkarlanıb
Yaponiyanın Hokkaydo adası yaxınlığında Rusiyaya məxsus 4 raket kateri müşahidə edilib. Gəmilərin qərb istiqamətində hərəkət etdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, Yaponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargahı məlumat yayıb. Rusiya gəmiləri Yaponiya Hərbi Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus P-3C patrul təyyarəsi vasitəsilə izlənilib.
Məlumata görə, “Molniya-1” layihəsinə aid katerlər Yaponiyanın ərazi sularını keçməyib və sahildən təxminən 40 kilometr məsafədə hərəkət edib.
Soya burnu yaxınlığında 916, 946, 971 və 978 bort nömrəli katerlərin müşahidə edildiyi bildirilib. Eyni gəmilər avqustun 9-da Rebun adasının 70 kilometr şimal-qərbində də qeydə alınıb. Daha sonra onlar Soya boğazından keçərək şərq istiqamətində hərəkət ediblər.
Katerlərin geri qayıtması Rusiya Prezidenti Vladimir Putinin avqustun 13-də İturup adasına səfəri ilə eyni dövrə təsadüf edib.
21:33 16.08.2026
Oxunuş sayı: 59