Bosniya səfiri: Aİ BMT Təhlükəsizlik Şurasını kənarda qoymağa çalışıb
Avropa İttifaqı Bosniya və Herseqovina üzrə beynəlxalq ictimaiyyətin yüksək nümayəndəsinin ABŞ ilə birlikdə BMT Təhlükəsizlik Şurasının, eləcə də Rusiya və Çinin razılığı olmadan seçilməsinə cəhd edib.
Crossmedia.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Serbiyadakı səfiri Aleksandar Vranyeş TASS agentliyinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Almaniya və Fransa Bosniya və Herseqovinanın keçmiş tərəfdaşlarıdır və onlar bu məsələdə ortaq mövqeyə gələ bilməyiblər. O qeyd edib ki, bir neçə raund danışıqlara baxmayaraq, tərəflər gələcək yüksək nümayəndənin namizədliyi ilə bağlı razılıq əldə edə bilməyiblər.
Vranyeş iddia edib ki, Avropa tərəfi ABŞ qarşısında yüksək nümayəndənin yalnız Sülh Sazişinin İcrası Şurası çərçivəsində seçilməsi, BMT Təhlükəsizlik Şurasının, həmçinin Rusiya və Çinin mövqeyinin nəzərə alınmaması şərtini irəli sürüb.
Səfirin fikrincə, Avropa İttifaqı yüksək nümayəndə institutunu və onun geniş səlahiyyətlərini qoruyub saxlamağa çalışır. O bildirib ki, bu vəzifəyə təyinat BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsə belə, Avropa tərəfi bu modeli davam etdirmək niyyətindədir.
15:19 04.07.2026
Oxunuş sayı: 58