Avropa Komissiyası: Avropa–Asiya ticarətində ən etibarlı yol Orta Dəhlizdir
Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Avropa ilə Asiya arasındakı ticarət marşrutları geosiyasi gərginlik və təhlükəsizlik problemləri səbəbindən daha az etibarlı hala gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya üzərindən keçən şimal marşrutu faktiki olaraq pozulub, cənub istiqamətləri isə artan təhlükələr və sabitsizliklə üzləşir.
Komissar qeyd edib ki, alternativ yol kimi Orta Dəhliz ön plana çıxır. O, bu marşrutun inkişafı üçün “Nəqliyyat infrastrukturunun inkişafı proqramı” platformasının istifadəyə verildiyini də açıqlayıb.
09:10 24.06.2026
Oxunuş sayı: 47