Bryanskda təhlükə artır
Rusiyanın Bryansk vilayətində pilotsuz uçuş aparatları vasitəsilə partlayıcı qurğuların atılması halları artıb. Hadisələrdən biri nəticəsində bir nəfər ölüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, qurğuların içərisində akselerometr və maqnit sahəsindəki dəyişiklikləri qeydə alan sensor yerləşir. Qurğular yerə düşdükdən sonra aktivləşir, onlara toxunulduqda və ya bir metrədək məsafədə metal əşya olduqda işə düşə bilir.
18:35 11.10.2026
Oxunuş sayı: 60