Kambocanın Baş naziri Hun Manet Bakıya gəlib
Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 11-də Azərbaycana rəsmi səfərə gəlib.
Crossmedia.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb, hər iki ölkənin dövlət bayraqları dalğalandırılıb.
Hun Maneti və xanımı Piç Çanmonini hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
17:30 11.10.2026
Oxunuş sayı: 76