Məktəblərdə geyim qaydalarının siyasiləşdirilməsi pislənildi - Bəyanat verildi
Azərbaycan Milli QHT Forumu məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ilə bağlı müzakirələrə dair bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, bəyanatda son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın dünyəvi dövlətçilik modelini hədəfə alan və ölkədə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunun tətbiqini təşviq edən məlumatların yayıldığı bildirilib.
Qeyd olunub ki, bu cür informasiya hücumları ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni qarşıdurma yaratmağa yönəlib.
Forum məktəblərdə şagird və müəllimlərin geyim qaydaları ətrafında aparılan müzakirələrin məqsədyönlü şəkildə siyasiləşdirilməsini, məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsinə yönələn cəhdləri qətiyyətlə pisləyib.
16:10 11.10.2026
Oxunuş sayı: 66