Biləsuvarda zəncirvari qəza – Ölən var
Biləsuvar rayonunda bir neçə avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
16:33 11.10.2026
Oxunuş sayı: 67