Ağcabədidə balıq tutan kişi boğularaq ölüb
Ağcabədidə balıq tutmağa gedən 52 yaşlı Laçın sakini gölməçədə boğularaq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Taxta Körpü ərazisində yerləşən Axmaz gölməçəsində baş verib. Laçın rayonunun Fingə kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub.
Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(Apa)
16:45 11.10.2026
Oxunuş sayı: 81