“Anthropic” əməkdaşları ABŞ hökumətini devirməkdən danışırlar?
Massaçusets Texnologiya İnstitutunun (MIT) fizika professoru Maks Teqmark (Max Tegmark) ABŞ-nin süni intellekt şirkəti “Anthropic”in bəzi əməkdaşlarının Amerika hökumətini devirmək və dünyanı ələ keçirmək barədə danışdıqlarını iddia edib.
Crossmedia.az xəbər verir ki, “Novara Media” bu barədə məlumat yayıb.
Teqmark bildirib ki, şirkətin əməkdaşları ilə qeyri-rəsmi söhbətlərində, xüsusilə bir neçə qədəh spirtli içki qəbul etdikdən sonra, müzakirələr tez-tez ABŞ hökumətinin devrilməsi və dünya üzərində nəzarətin ələ keçirilməsi mövzusuna yönəlir.
Professorun sözlərinə görə, həmin şəxslər açıq şəkildə dövlət çevrilişindən danışmaq əvəzinə, “alignment without control” (“nəzarət olmadan uyğunlaşdırma”) ifadəsindən şifrəli termin kimi istifadə edirlər.
Teqmark hesab edir ki, bu yanaşma süni intellektin insan dəyərlərinə uyğunlaşdırılmasını, lakin onun üzərində birbaşa insan nəzarətinin təmin edilməməsini nəzərdə tutur.
Qeyd edək ki, professorun səsləndirdiyi ittihamlar müstəqil şəkildə təsdiqlənməyib. Onun açıqlamaları “Anthropic” şirkətinin rəsmi mövqeyi kimi qiymətləndirilə bilməz.
17:44 25.11.2026
Oxunuş sayı: 34