ABŞ və Rusiyanın dizel razılaşması Ukraynanı narahat edir
Kanadanın Baş naziri Mark Karni Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya və ABŞ arasında dizel yanacağının tədarükünə dair əldə olunduğu bildirilən razılaşmanı müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” Kanada Baş nazirinin ofisinə istinadən məlumat yayıb.
Bildirilib ki, tərəflər Vaşinqton və Moskva arasında enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Məlumata görə, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Trampın sözlərinə görə, danışıqlar nəticəsində Rusiya dizel yanacağının dünya və ABŞ bazarlarına tədarükü ilə bağlı razılıq əldə olunub.
ABŞ lideri oktyabrda 300 min ton, noyabrda 500 min ton, daha sonrakı dövrdə isə 1 milyon ton dizel yanacağının tədarükünün nəzərdə tutulduğunu bildirib.
Razılaşma Ukrayna tərəfindən tənqidlə qarşılanıb. Zelenski Rusiya neft məhsullarının satışına qoyulan məhdudiyyətlərin yumşaldılmasının Moskvanın hərbi əməliyyatlarını maliyyələşdirməsinə şərait yarada biləcəyini bildirib.
23:38 11.10.2026
Oxunuş sayı: 47