Tramp demokrat senatoru partiyasını dəyişməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp demokrat senator Con Fettermanın Respublikaçılar Partiyasına keçməsini istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Tramp Fettermanın respublikaçı kimi daha uğurlu olacağını düşündüyünü deyib. Fetterman isə daha əvvəl partiyasını dəyişmək ehtimalını rədd edərək demokratlarla əksər məsələlərdə eyni mövqedə olduğunu bildirib.
19:35 11.10.2026
Oxunuş sayı: 56