İstanbul boğazında təhlükəli anlar: Gəmi hərəkəti dayandırıldı
Türkiyənin İstanbul boğazında Malta bayrağı altında üzən tankerdə texniki nasazlıq yaranması səbəbindən gəmi hərəkəti müvəqqəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, Bolqarıstandan İtaliyaya hərəkət edən, 6 min ton bitki yağı daşıyan 110 metr uzunluğundakı “Ivyan” adlı tankerin mühərrikində nasazlıq baş verib.
Hadisədən sonra gəmi Kanlıca sahilləri yaxınlığında lövbər salıb. Əraziyə “Kurtarma 7” və “Kurtarma 11” yedək gəmiləri, həmçinin “Tahlisiye 9” xilasetmə qayığı göndərilib.
Təhlükəsizlik məqsədilə İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Tankerin Küçükçekmece lövbər sahəsinə aparılaraq təhlükəsizliyinin təmin edilməsi planlaşdırılır.
Şahidlərin mobil telefonlarla çəkdikləri görüntülərdə tankerin sahilə yaxınlaşdıqdan sonra son anda dayandığı əks olunub.
Məlumat Türkiyənin “Anadolu” agentliyi tərəfindən də təsdiqlənib.
22:59 11.10.2026
Oxunuş sayı: 58