Aİ viza qaydalarını sərtləşdirir
Avropa İttifaqı rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirməyə hazırlaşır. Məqsəd hibrid hücumlar qarşısında təhlükəsizliyi gücləndirməkdir.
Crossmedia.az xəbər verir ki, bu barədə “POLITICO” məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Komissiyası müvafiq təklifləri gələn ilin yanvarında təqdim etməyi planlaşdırır. Polşa, İsveç və Estoniya da daxil olmaqla bir sıra ölkələr Rusiyadan olan şəxslərə, o cümlədən Ukraynada döyüşmüş keçmiş hərbçilərə qarşı viza qaydalarının sərtləşdirilməsini istəyir.
Ötən il Rusiya vətəndaşlarına Şengen zonasına səfər üçün təxminən 478 min turist vizası verilib. İsveçin ədliyyə naziri Qunnar Strömmer çoxdəfəlik vizaların təhlükəsizlik riski yarada biləcəyini bildirib.
19:58 11.10.2026
Oxunuş sayı: 74