İngiltərədə qrip mövsümü erkən başlayıb
İngiltərədəq qrip virusunun yayılması bu il əvvəlki illərlə müqayisədə daha erkən başlayıb. Mütəxəssislər xəstəliyin təsirlərini azaltmaq üçün peyvənd olunmağı tövsiyə edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, qripin yayılma səviyyəsi hələ aşağı olsa da, müsbət test nəticələri və qripəbənzər simptomlarla həkimə müraciətlər artmaqdadır. Sentyabrda qeydə alınan qrip aktivliyi əvvəlki dörd qış mövsümünün eyni dövrü ilə müqayisədə daha yüksək olub.
Oksford Universitetinin Peyvənd Qrupunun direktoru, professor Endryu Pollard xüsusilə yaşlıları və xroniki xəstəlikləri olan şəxsləri mümkün qədər tez peyvənd olunmağa çağırıb.
Onun sözlərinə görə, qrip mövsümünün erkən başlaması mütləq daha ağır keçəcəyi demək deyil. Virusun yayılmasına hava şəraiti, dövr edən virus ştammı, əhalinin immunitet səviyyəsi və insanlar arasında yaxın təmaslar təsir göstərə bilər.
19:20 11.10.2026
Oxunuş sayı: 68