Almaniyada Şröderə qarşı sərt addım
Almaniyanın sabiq kansleri Gerhard Şröderin Rusiya Prezidenti Vladimir Putinin ad günündə iştirak etməsi onun Sosial Demokrat Partiyasından (SPD) xaric edilməsi təşəbbüsünə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.
Bildirilib ki, partiyanın Yuxarı Pfalts regional komitəsi Şröderin partiya sıralarından xaric edilməsinin lehinə yekdilliklə səs verib.
Komitə üzvləri sabiq kanslerin Rusiya liderinə səfərinin sosial-demokrat dəyərlərinə zidd olduğunu hesab edirlər. Bununla əlaqədar Şröder barəsində partiya intizamının pozulması ilə bağlı araşdırma aparılması qərara alınıb.
Bununla belə, bəzi sosial-demokratlar təşəbbüsün nəticə verəcəyinə şübhə ilə yanaşırlar. Belə ki, 2023-cü ildə Şröderin partiyadan xaric edilməsi istiqamətində göstərilən cəhd uğursuzluqla nəticələnib.
Xatırladaq ki, mayın 9-da Vladimir Putin Gerhard Şröderi Moskva ilə Avropa arasında dialoqun qurulması üçün münasib vasitəçi kimi qiymətləndirib.
22:08 11.10.2026
Oxunuş sayı: 61