Qəbələ–Xankəndi ultramarafonu başa çatıb
Oktyabrın 7-dən 11-dək keçirilən Qəbələ–Xankəndi ultramarafonu 192 kilometrlik məsafəni əhatə edib. Tədbir zamanı iştirakçıların təhlükəsizliyi təmin olunub, heç bir fövqəladə hadisə qeydə alınmayıb.
Crossmedia.az xəbər verir ki, bildirilib ki, ultramarafon müddətində təhlükəsizliyin təmin edilməsi məqsədilə marşrut boyunca Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Tədbir başa çatanadək hər hansı fövqəladə hadisə baş verməyib.
21:25 11.10.2026
Oxunuş sayı: 55