Azərbaycan gimnastları Çexiyadan 4 medalla qayıdır
Azərbaycan idmançıları Çexiyada keçirilən batut gimnastikası üzrə beynəlxalq turnirdə üç qızıl və bir gümüş medal əldə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Oktyabrın 9-dan 11-dək davam edən yarışda böyüklər arasında qarışıq sinxron proqramda çıxış edən Nicat Mirzəyev və Ayan Şabanova 44,860 xal toplayaraq gümüş medala sahib olublar.
13–14 yaş qrupu üzrə sinxron proqramda mübarizə aparan Ömər Qasımlı və Muhamməd Həsənli isə 45,210 xalla qızıl medal qazanıblar.
Gənclər arasında fərdi proqramda çıxış edən Ammar Baxşalıyev 55,830 xalla, Samirə Hüseynova isə 50,470 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan gimnastları beynəlxalq turniri ümumilikdə üç qızıl və bir gümüş medalla başa vurublar.
15:32 11.10.2026
Oxunuş sayı: 59