Məcnun Məmmədov Çinə işgüzar səfərə gedib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.
Crossmedia.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu ilə görüşü nəzərdə tutulub.
Bundan əlavə, nümayəndə heyəti Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasına, Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasına, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən yüksək texnologiyalı şirkətlərə baş çəkəcək.
21:37 11.10.2026
Oxunuş sayı: 63