Goranboyda qəza: Dörd nəfər xəsarət alıb
Goranboy-Tərtər yolunda iki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, qəza yolun Goranboy rayonundan keçən hissəsində baş verib. Toqquşma nəticəsində 2009-cu il təvəllüdlü H. Əhmədov, 1983-cü il təvəllüdlü D. Abuzərov, 2009-cu il təvəllüdlü Q. Ağməmmədov və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.(Apa)
16:21 11.10.2026
Oxunuş sayı: 55